Ağ Evin keçmiş rəhbəri Donald Tramp hüquq-mühafizə orqanlarına müraciət edərək evindən götürülmüş sənədləri geri tələb edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, FTB əməkdaşları Mar-a-Laqo malikanəsində axtarış zamanı içində məxfi sənədlər olan qutuları, habelə icra hakimiyyətinin imtiyazı ilə qorunan materialları müsadirə edib.
“Mən hüquq-mühafizə orqanlarına müraciət edirəm və onlardan bu materialları dərhal geri qaytarmalarını xahiş edirəm”, - deyə Tramp əlavə edib.
Eyni zamanda ABŞ senatorları ölkənin hakimiyyət orqanlarına bu sənədlərə çıxış əldə edilməsi ilə bağlı sorğu göndəriblər.