16 Avqust 2022 16:15
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç Baş naziri Maqdalena Andersson ölkəsinin NATO-ya üzv olması üçün Türkiyə ilə razılaşmaya əməl edəcəklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, baş nazir bu barədə jurnalistlərin suallarına cavab olaraq bildirib.

“Türkiyə ilə NATO-ya üzvlüklə bağlı anlaşma memorandumunun şərtlərini yerinə yetirəcəyik”, - Andersson qeyd edib.

Baş nazir fırıldaqçılıq ittihamı ilə İsveçə qaçan Okan Kale adlı şəxsin Türkiyə tərəfindən ekstradisiyasının tələb olunduğunu söyləyib:

“Bu qərar İsveç və beynəlxalq hüquqa uyğun olaraq qəbul olunub, bu şəkildə işləməyə davam edəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər