Rusiya Federasiyasının Çeçenistan Muxtar Respublikasının mərkəzi Qroznı şəhərində silahlı şəxslərin Mətbuat Evinə basqın etməsi nəticəsində ölənlərin sayı 17 nəfərə yüksəlib.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, qarşıdurma nəticəsində 10 təhlükəsizlik işçisi və 7 hərbçi həlak olub.
Terrorla Mübarizə Milli Komitəsi tərəfindən verilən açıqlamaya görə, toqquşmalarda 28 təhlükəsizlik işçisi də yaralanıb.
Muxtar Respublikanın prezidenti Ramzan Kadırov verdiyi məlumatda terrorçular arasında itkinin çox olduğunu, ancaq dəqiq sayın müəyyənləşmədiyini deyib.
Samir
Diqqət! Videoda zorakılıq görüntüləri yer alıb! Yeniyetmələr və əsəbləri zəif olanların baxması məsləhət görülmür.