21 Avqust 2022 19:56
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir Rusiya millətçiliyinin aparıcı nümayəndələrindən və “Rus Dünyası”nın əsas ideoloqlarından olan Aleksandr Duqin qızının qəzadan öncə hədələndiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Aleksandr Duqin müstəntiqlərə özünün və qızı Darianın dəfələrlə "Ukrayna millətçiləri" tərəfindən hədələndiyini deyib

Aleksandr Duqinin sözlərinə görə, o və qızı son vaxtlar sosial şəbəkələr vasitəsilə ukraynalı millətçilərdən çoxlu hədələr alıblar, lakin onlara heç bir əhəmiyyət verməyiblər.

Qeyd edək ki, Daria Duqina avqustun 20-də axşam saatlarında "Toyota Land Cruiser" avtomobilinin partlaması nəticəsində dünyasını dəyişib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər