22 Avqust 2022 10:41
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

“Rusiya artıq başa düşür ki, iqtisadiyyatının və silahlı qüvvələrinin tükənmə sürəti bu resursların doldurulma sürətinə uyğun gəlmir. Ona görə də Rusiyaya fasilə lazımdır, amma o, Ukraynada müharibəni dayandırmaq fikrində deyil”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı siyasi ekspert Nikolay Sunqurovski deyib.

“Putinin atəşkəslə bağlı bəyanatlarına baxmaq lazımdır. Bütün belə bəyanatları Rusiya tərəfindən bütün işğal olunmuş ərazilərin qorunub saxlanması, Ukraynanın geri çəkilib tərksilah edilməsi və sair kimi məsələləri ehtiva edir. Bunlar Ukraynanın heç vaxt razılaşmayacağı cəfəngiyatdır. Amma bizi buna məcbur edib danışıqlar masası arxasına oturtmağa çalışacaqlar. Ukrayna buna razı olmasa, bu dəfə bizi sülh istəməməkdə günahlandıracaqlar”, - Sunqurovski bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər