22 Avqust 2022 15:57
2 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejim başçısı Bəşər Əsədə yaxınlığı ilə tanınan Suriya parlamentinin keçmiş deputatı Şərif əl-Şəhadə Türkiyə ilə mümkün yüksək səviyyəli diplomatik təmaslardan danışıb.

Teleqraf.com xəbər verir ki, suriyalı siyasətçi Ankara və Dəməşq arasında diplomatik danışıqlar başlamadan əvvəl buna zəmin hazırlanmalı olduğunu vurğulayaraq, bunun Suriya rəhbərliyinin yeganə şərti olduğunu bildirib.

Dialoqun ilk şərtinin Türkiyə qüvvələrinin Suriyadan çıxması olduğunu bildirən əl-Şəhadə qeyd edib:

“Türkiyə mümkün qədər tez Suriya ərazisini tərk etməlidir. Bu, dialoqa yol açmaq üçün çox mühüm addımdır. Türkiyə qüvvələri İdlibdən və Suriyanın bütün digər bölgələrindən çəkilməlidir ki, danışıqlar başlasın”.

O, PKK/YPG terror təşkilatının uzantısı olan “Suriya Demokratik Qüvvələri”ndən də danışıb:

“Əgər SDQ özünü Suriyaya aid hesab etsə, dövlət onları qoruyacaq. Amma əgər Suriyanı parçalamaq istəyirsə, bu, başqa cür olacaq. Mən bunu açıq şəkildə deyirəm: SDQ Suriya hökumətindən ayrılmaq, dövlətlə döyüşmək və ABŞ-la əməkdaşlıq edərək neft quyularını ələ keçirməyə davam etmək istəsə, Suriya hökuməti bunu qəbul etməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər