22 Avqust 2022 17:40
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı analitik Aleksandr Duqinin qızı Daryanın qətlinin ölkədə gərginlik yaratdığı və Ukrayna ilə müharibənin davam etdiyi vaxtda Kremlin sözçüsü Dimitri Peskov və xanımı Tatyana Navkanın tətilə getməsi gündəm olub.

Teleqraf.com xəbər verir ki, Peskov və xanımının tətildən görüntüləri sosial şəbəkələrdə müzakirə yaradıb.

Vəziyyətin qarışdığı bir vaxtda Türkiyəyə tətilə gələn Peskov və həyat yoldaşı tənqidlərə tuş gəlib.

Keçən həftə həyat yoldaşı ilə Türkiyəyə gələrək yaxta kirayələyən və istirahətə çəkilən Navka milyonlarla izləyicisi olan sosial şəbəkə hesabında əyləndiyi partinin görüntülərini paylaşıb. Navka görüntülərdə xüsusilə Egey adalarında rast gəlinən boşqab sındırmaq ənənəsini həyata keçirir və açıq hava restoranında çoxlu boşqab sındırır.

47 yaşlı qadının əyləncə anlarını əks etdirən bu görüntülərin Türkiyədə, yoxsa yunan adalarından birində çəkildiyi məlum deyil. Ancaq həm Navka, həm də Peskovun müharibəyə görə Rusiya-Yunanıstan əlaqələrinin pisləşməsinə görə Türkiyədə olduqları təxmin edilir.

Sosial şəbəkə istifadəçiləri Vladimir Putinin sözçüsü ilə xanımının müharibənin hələ də davam etdiyi vaxtda əyləndikləri anları paylaşdıqlarına inana bilmədiklərini deyiblər. Bəzi istifadəçilər isə daha təvazökar olmalarının lazım olduğunu söyləyiblər və bu postu qeyri-münasib hesab ediblər.

Paylaşımın altındakı minlərlə şərhdə Navka ehtiyatsızlıq və düşüncəsizliyə görə qınanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər