23 Avqust 2022 09:59
1 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya lideri Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmaq üçün Xerson işğalçılardan azad edilməli və Krım körpüsü dağıdılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-da yaşayan rusiyalı jurnalist Andrey Piontkovski deyib.

“Sizi inandırıram ki, bu iki hadisədən sonra Putin hakimiyyətdən uzaqlaşdırılacaq. Hakimiyyətə onunla birlikdə bunkerdə olan adamlar gələcək. Amma onlar reallıqla hesablaşmaq məcburiyyətində qalacaqlar. Qərbin təklifi ilə ciddi şəkildə razılaşacaqlar ki, bu halda da danışıqlar yalnız rus qoşunları fevralın 23-nə qədər olan xəttə çəkildikdən sonra başlaya bilər. Bu, Ukraynanın ərazi bütövlüyünün tam bərpası ilə bağlı danışıqlar olacaq”, - rusiyalı jurnalist bildirib.

Onun sözlərinə görə, Ukraynaya Krım körpüsü ilə bağlı məsələnin texniki həllində və Xersonu azad etməkdə yalnız ABŞ kömək edə bilər. Piontkovski hesab edir ki, bunun üçün Ukraynanın daha çox zirehli texnika, aviasiya, hava hücumundan müdafiə sistemləri və HIMARS-lara ehtiyacı var.

Jurnalist silah məsələsinin payızadək həll edilə biləcəyinə də diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər