23 Avqust 2022 17:20
1 761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada suriyalı həmkarı Feysəl Mikdadla görüşündən sonra mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, İsrailin Suriyadakı hədəflərə hücumunu qınayan Lavrov Türkiyənin Suriyanın şimalındakı mümkün əməliyyatlarına da diqqət çəkib.

Nazir bildirib ki, Suriyada yeni hərbi əməliyyata icazə verilməməlidir:

“Türkiyənin Suriyanın şimalına doğru hazırlığını nəzərə alsaq, Suriyada yeni hərbi əməliyyatlar qəbuledilməzdir”.

Türkiyə ilə Suriyanın 1998-ci ildə terror təhlükəsini azaltmaq üçün Adana sazişi imzaladığını xatırladan Lavrov Dəməşqin bu sazişi tanıdığını və suveren ərazisinə tam nəzarəti təmin etdikdən sonra bu torpaqlara görə tam məsuliyyət daşımağa hazır olduğunu bildirib. Nazir Rusiyanın Suriyanın bu mövqeyini dəstəklədiyini də qeyd edib.

Moskvanın Dəməşq və Ankara münasibətlərində oynadığı vasitəçilik rolu ilə bağlı suala cavab verən Lavrov deyib ki, Moskva Astana formatının yaradılmasından bəri illərdir Türkiyə-Suriya münasibətlərinin normallaşması üçün çalışır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər