5 Dekabr 2014 06:41
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev həftənin sonunadək Rusiyadan 1 mldr kubmetr qaz almaq niyyətindədir. Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Energetika Nazirliyinin saytında deyilir.

Məlumata görə, müvafiq bəyanat Ukrayna Energetika Nazirliyinin rəhbəri Vladimir Demçişin ABŞ-ın Ukraynadakı səfiri Ceffi Payett və Aİ-nin Kiyevdəki səfiri Yan Tombinski ilə görüşündən sonra verilib.

Qeyd edək ki, bundan əvvəl “Naftoqaz”-ın rəhbəri Andrey Kobolev Ukraynanın qış mövsümü dövründə “Qazpromdan” 5 mlrd kubmetrdən çox qaz tədarük edəcək.


Müəllif:

Oxşar xəbərlər