Nyu-Yorkda minlərlə etirazçı Bruklin körpüsünü bağlayıb.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, Nyu-Yorkda kütləvi etirazlar qaradərili Erik Qarnerin polis tərəfindən boğularaq öldürülməsindən sonra daha da kəskinləşib.
Nümayişlər əsasən, Vaşinqton, Detroyt, Filadelfiya, Boston, Çikaqo, Denver, Baltimor və digər şəhərlərdə keçirilir. Onlar polis sistemində islahatların aparılmasını və milli azlıqların hüquqlarının qorunmasını tələb edirlər. Erik Qarnerin öldürüldüyü zaman dediyi “Mən nəfəs ala bilmirəm” cümləsi isə etirazların əsas şüarına çevrilib.
Polis toqquşmalar zamanı 83 nəfərin həbs edildiyini bildirir.
Qeyd edək ki, bu ilin iyul ayında asma xəstəsi olan Qarner qanunsuz küçə ticarəti apardığına görə polis tərəfindən saxlanılan zaman boğularaq öldürülüb.
Samir