Rusiya işğal etdiyi Krıma ağır hərbi texnikanın yeni partiyasını köçürür. Ağır texnikanın köçürülməsi Krım körpüsü yaxınlığındakı stansiyada görüntülənib.
Teleqraf.com xəbər verir ki, videonu Krym.Realii nəşri yayıb.
Qeyd olunur ki, Krım körpüsünün Rusiya tərəfdən girişi yaxınlığında yerləşən Taman dəmir yolu stansiyasında rusların ağır texnikası ilə eşelon qeydə alınıb.
Dəmir yolu platformalarında mühəndislik və istehkam maşınları, 152 mm və 122 mm 2С19 Msta-S yerləşdirilib.
Şahidlər həmçinin T-72 və T-80 tanklarını, piyada döyüş maşınlarını, yük maşınlarını, o cümlədən raket daşıyan maşınları müşahidə ediblər.
Eşelona həmçinin qapalı vaqonlar və yanacaq çənləri də daxil olub.
İşğal olunan yarımadada Rusiya hərbi obyektlərində silsilə partlayışlardan sonra media və hərbi ekspertlər Ukraynanın Krım körpüsünü vura biləcəyi ehtimalı barədə yazmağa başlayıblar.