27 Avqust 2022 15:02
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev NATO-ya qoşulmağı dayandırsa belə, Rusiya Ukraynada hərbi əməliyyatlarını dayandırmayacaq.

Teleqraf.com xəbər verir ki bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Dmitri Medvedyev bildirib.

“Kiyevin NATO-ya qatılmaqdan imtina etməsi həyati vacib qərardır. Lakin Kiyev NATO-ya üzvlüyünü dayandırsa belə, Rusiya Ukraynada davam edən hərbi əməliyyatlarını dayandırmayacaq”, - o bildirib.

Medvedev açıqlamasında Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının durğunluğuna toxunaraq bildirib ki, Rusiya hadisələrin inkişafından asılı olaraq Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə bilər: "Biz əvvəllər Zelenski ilə görüşməyə hazır idik".

Medvedev həmçinin qeyd edib ki, ABŞ-ın Ukraynaya göndərdiyi HIMARS reaktiv yaylım atəşi sistemləri müharibədə ciddi təhlükə yaratmır, lakin ABŞ-ın göndərdiyi silahlar daha uzaq məsafələrdəki hədəfləri vura bilsə, bu vəziyyət dəyişə bilər.


Müəllif: Nemət

Oxşar xəbərlər