30 Avqust 2022 10:53
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hərbi qüvvələri cənub və digər ərazilərdə Rusiya ordusunun zəif nöqtələrini araşdırmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Ekspert əks-hücumun uzun müddətdir davam etdiyini və bunun rus qoşunlarının maddi-texniki və hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi ilə başladığını bildirib. Eyni zamanda, cənub istiqamətində əks-hücum əməliyyatlarının intensivləşməsinə diqqət çəkib.

“Düşmənin zəif tərəflərini aşkar etməyə çalışırıq. Bu, ağıllı gedişdir. Əsas istiqaməti ancaq Baş Qərargah bilir”, - Jdanov vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna mümkün qədər öz hərbçilərinin həyatını xilas və resurslardan düzgün istifadə etməyə çalışdığı üçün əraziləri sürətlə azad edə bilmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər