30 Avqust 2022 12:44
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İraqda baş verən xaosla əlaqədar bu ölkə ilə bütün quru sərhədlərinin bağlandığını və Bağdada uçuşların dayandırıldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, İran daxili işlər nazirinin müavini Məcid Mirəhmedinin sözlərinə görə, İraqdakı qeyri-sabit mühitə görə iki ölkənin bütün quru sərhədləri bağlanıb və heç kəsə sərhədləri keçməyə icazə verilməyəcək.

Qərar milyonlarla iranlının ərbəin (İmam Hüseyn və tərəfdarlarının 40 mərasimləri) üçün İraqın Kərbəla və Nəcəf şəhərlərini ziyarət etməyə hazırlaşdığı bir vaxtda verilib.

İran Aviasiya İdarəsinin sözçüsü Mir Əkbər Rezevi ərbəin mərasimləri üçün Nəcəfdə olan İran vətəndaşlarını gətirmək üçün Nəcəf şəhərinə fövqəladə uçuş planı hazırladıqlarını bildirib.

Qeyd edək ki, dünən axşam saatlarından başlayaraq İraqda sabitlik pozulub, daxili qüvvələr küçələrə çıxaraq aksiyalara başlayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər