31 Avqust 2022 08:00
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçılar noyabrda ABŞ-da aralıq seçkilərdən sonra ölkə Prezidenti Cozef Baydenə qarşı impiçment elan etməyə hazırlaşırlar.

Teleqraf.com xəbər verir ki, bir neçə mühafizəkar Konqresə prezidentə qarşı impiçment maddələri təqdim ediblər. Onlar Baydeni sərhəd nəzarəti, koronavirus pandemiyası və ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması da daxil olmaqla bir sıra məsələlərə yanaşmasını ağır cinayətlər hesab edirlər.

Respublikaçıların qarşıdan gələn seçkilərdə Nümayəndələr Palatasında çoxluğu qazanacağı gözlənilir, mühafizəkarlar isə uyğun olmayan lider kimi gördükləri prezidenti devirmək üçün potensial yeni səlahiyyətlərindən istifadə etmək istəyirlər.

Əgər bu baş verərəsə ABŞ tarixində impiçmentlə üzləşən beşinci dövlət başçısı Cozef Bayden olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər