1 Sentyabr 2022 21:12
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Baş naziri Boris Conson dünən səhər yerli vaxtla saat 06:00 radələrində polisin Londonda narkotiklə bağlı keçirdiyi əməliyyatda iştirak edib.

Teleqraf.com xəbər verir ki, basqın zamanı yuxudan oyanan şübhəli qarşısında polislə yanaşı, Consonu da görüb.

Şübhəli şəxs həmin anları kameraya alıb və sosial şəbəkədə “Boris Conson və polis evimə necə basqın etdi?” mesajı ilə paylaşıb.

Yerli mətbuata açıqlama verən və sosial şəbəkə hesabında Splinter Sales adından istifadə edən şəxs deyib:

“Şoka düşdüm. Gecə sərxoş idim, oyandım və qarşımda Boris Consonu gördüm. Qarabasma olduğunu düşündüm”.

Polisin sözçüsü mətbuata verdiyi açıqlamada basqın edilən evdə heç bir cinayət faktının aşkar edilmədiyini, buna görə də həmin şəxsin saxlanılmadığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər