1 May 16:56
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya xalqlarının fərqliliklərini qəbul etsək, sülh şəraitində yaşamağımız daha da asan olar.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda "Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi" adlı 2-ci panel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Qəzzadakı rejimə biganə qalmamalıyıq:

"Unutmamalıyıq ki, bütün insanlar bərabər hüquqa malikdir. Dünyada sülhə nail olmaq üçün mədəniyyətlərarası layihələrə, ölkələrarası əməkdaşlığa böyük ehtiyac var".

Qeyd edək ki, 1-3 may tarixlərində keçiriləcək forumda on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edəcək.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər