5 Sentyabr 2022 16:46
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Donbasda baş verən faciə 2014-cü ildə hakimiyyəti zorla ələ keçirərək bölgədə hərbi əməliyyatlara başlayan neonasist rejiminin fəaliyyətinin nəticəsidir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bu gün Donbasda baş verən faciə 2014-cü ildə hakimiyyəti zorla ələ keçirən, sonra isə orada hərbi əməliyyatlara başlayan millətçi, neonasist rejimin fəaliyyətinin nəticəsidir. Ağır artilleriyadan, aviasiyadan, ağır texnikadan və sairdən istifadə etməklə iri hərbi əməliyyatlar aparıb. Və bu hələ də davam edir. Bizim borcumuz bu insanlara kömək etməkdir və Rusiya bunu edir”, - prezident vurğulayıb.

Onun sözlərinə görə, Moskvanın problemi sülh yolu ilə həll etmək cəhdləri Kiyevin mövqeyinə görə uğursuzluğa düçar olub:

“Əlbəttə, biz kömək etməli idik və biz Donbasda yaşayan insanlara kömək edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər