Hərbi ekspert Oleq Jdanov Ukraynanın 300 km mənzilli HIMARS reaktiv yaylım atəş sistemləri üçün uzaqmənzilli ATACMS raketləri alıb-almaması ilə bağlı sualı cavablandırıb.
Teleqraf.com xəbər verir ki, ekspert hələlik bu raketlərin Ukrayna ordusunun arsenalında olmadığını bildirib.
“Təəssüf ki, hələlik bizdə bu raketlər yoxdur. Ümid edirəm ki, bunları yaxın vaxtlarda əldə edə biləcəyik”, - Jdanov vurğulayıb.
Hərbi ekspert Krım körpüsünü ATACMS raketlərinin “əsas hədəf”i adlandırıb:
“ATACMS raketləri alsaydıq, ilk hədəfləri Krım körpüsünün avtomobil və dəmir yolu xətləri olacaqdı. Əgər indiyədək Krım körpüsünü bombalamamışıqsa, bu o deməkdir ki, raketlər hələ alınmayıb”.