NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynada müharibənin kritik mərhələyə daxil olduğunu deyib və hərbi alyansın üzvləri üçün çətin keçəcək qışla bağlı xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Bloomberg yazıb.
Stoltenberq qeyd edib ki, qışda işıqların kəsilməsi, fasilələr və hətta mülki iğtişaşlar da baş verə bilər.
“Bizim birliyimiz və həmrəyliyimiz ciddi şəkildə sınaqdan keçiriləcək, çünki ailələr və bizneslər enerji qiymətlərində kəskin artım və Rusiyanın qəddar işğalı nəticəsində həyat xərclərinin bahalaşması ilə üzləşəcək.Ukraynanın gələcəyi və gələcəyimiz naminə, biz bu vəziyyətə hazırlaşmalıyıq" - Stoltenberq bildirib.
Xatırladaq ki, daha əvvəl Stoltenberq qeyd etmişdi ki, NATO ölkələri Rusiyanın hərbi təcavüzü ilə mübarizədə Ukraynaya illər boyu dəstək ola bilər.: "Qərb ölkələrinin vəzifəsi Ukrayna baxımından müharibənin məqbul nəticəsi ehtimalını maksimuma çatdırmaqdır”.