7 Sentyabr 2022 20:27
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda müxtəlif qüvvələr, o cümlədən hakimiyyətə can atan təşkilatlar var. Eyni zamanda uzun müddətdir ki, Ermənistanı Azərbaycana qarşı istifadə edən dövlətlər var. Nikol Paşinyanın hazırda yürütdüyü siyasət onları qane etmədiyindən çalışırlar ki, Ermənistanda daxili sabitlik pozulsun. Bunun üçün variantlardan biri də Azərbaycanla sərhəddə və Qarabağda atəşkəsi pozmaqdır”.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

“Əslində ortada erməni olsa da "atan kazaklar"dır. Burada rus sülhməramlıların, bəzi qüvvələrin, mümkündür ki, İranın maraqlarını təmin etmək istəyənlər atəş açır və gərginlik yaradırlar. Amma əslində odla oynayırlar və bunun sonu pis qurtaracaq”, - o bildirib.

Cümşüd Nuriyev ehtimal edir ki, “Qisas” əməliyyatının birincisi reallaşıb, ikincisi də ola bilər: “Azərbaycan lideri həm İtaliyada, həm də respublikadakı çıxışlarında cümlələri nəqli deyil, əmr formasında qurur. Təcrübə göstərir ki, prezidentin belə çıxışlarından sonra əməliyyatlar ola bilər. Çünki çıxışlar açıq əmr formasına keçir. Digər tərəfdən, bizim müəyyən təcrübəmiz var. Ehtimal edirəm ki, belə bir əməliyyat Qarabağın istənilən nöqtəsində - Laçın, Kəlbəcər və ya Ağdam istiqamətində ola bilər. Məncə, növbəti qisas ermənilər üçün daha ağır olacaq. Buna şəraiti də özləri yaradır. Hər halda Azərbaycanın belə bir addım atmasını istisna etmirəm”.


Müəllif: Nemət

Oxşar xəbərlər