Böyük Britaniya Kraliçası II Elizabet taxta çıxmasının 70-ci ilini qeyd edir.
Teleqraf.com xəbər verir ki, kraliça Uinston Çörçilldən “dəmir ledi” Marqaret Tetçerə qədər üçü qadın olmaqla Britaniyaya 15 baş nazir təyin edib.
II Elizabet Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Yamayka və Papua Yeni Qvineya da daxil olmaqla bir çox ölkənin kraliçası olduğu üçün bu illərdə yola saldığı baş nazirlərin sayı 150-ni keçib.
Elizabet ilk dəfə hökuməti qurma vəzifəsini 1955-ci ildə Entoni Edenə verib.
Kraliça 1952-ci ildə taxta çıxanda İosif Stalin hələ SSRİ lideri, ABŞ prezidenti isə Harri Trümen idi. 1953-cü ildə krallıq tarixində tacqoyma mərasimi televiziyada canlı yayımlanan ilk belə mərasim olub. Kraliçanın dövründə dünyada “soyuq müharibə” başlayıb, bitib, “Berlin divarı” tikilib, sökülüb, SSRİ dağılıb.
Elizabet 1952-ci il fevralın 6-da kraliça olub və Britaniya tarixində ən uzun müddət hakimiyyətdə olan monarxdır.