Böyük Britaniyanın Kraliçası II Yelizavetanın böyük oğlu, Uels şahzadəsi Çarlz, anası cümə axşamı 96 yaşında vəfat etdikdən sonra Böyük Britaniyanın yeni monarxı oldu.
Teleqraf.com-un məlumatına görə, 73 yaşlı Çarlz Britaniya taxtına çıxan ən yaşlı varisdir. O, anasının ölümü anında kral oldu, çünki ənənəyə görə ölkədə monarxın olmamasına yol verilmir.
Britaniya kralının mətbuat xidməti onun III Çarlz adını aldığını bildirib.