9 Sentyabr 2022 17:28
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı müdafiəçilərin cənubda və Xarkov istiqamətində əks-hücum əməliyyatları zamanı əldə etdikləri uğurları şərh edib.

Teleqraf.com xəbər verir ki, bu barədə o "Facebook" səhifəsində bildirib.

Zalujnı ötən gün Zelenskinin səsləndirdiyi tezisi təsdiqləyib ki, Ukrayna Silahlı Qüvvələri son bir neçə gündə min kvadrat kilometrdən çox ərazini işğalçılardan azad edib:

“Bizim üçün çox çətindir, lakin biz irəliləyirik. Bizə kömək edən və bizi gözləyən həmvətənlərimizə minnətdarıq”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Xerson və Xarkov istiqamətində əks hücuma keçib. Sentyabrın 8-də Baş Qərargah Xarkov vilayətinin bir sıra kəndlərinin, həmçinin 6 ay ərzində Rusiya Federasiyasının nəzarətində olan Balaklea şəhərinin işğaldan azad edilməsi barədə məlumat yayıb.

Cəmi üç gün ərzində müdafiəçilər Xarkov yaxınlığında 50 km irəliləyərək Rusiyanın işğal etdiyi əraziyə daxil olub. Prezident Zelenski deyib ki, sentyabrın 1-dən indiyədək Ukraynanın min kvadrat kilometrdən çox ərazisi azad edib.

Amerikalı general Mark Millanın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əks hücumu hələ ilkin mərhələdədir, lakin davamlı irəliləyiş artıq görünür.


Müəllif: Nemət

Oxşar xəbərlər