Şərqi Türküstanın Xotan vilayətinin Keriye bölgəsindəki Lenger kəndindəki evdə yaşayan 50 yaşlı imam Məhmət Musa Çin rəhbərliyi tərəfindən qanunsuz olaraq İslami təlimlər verdiyi səbəbilə həbs cəzasına məhkum edilib.
Teleqraf.com Azad Asiya Radiosuna istinadən bildirir ki, İmam Məhmət Musadan Quran dərsi alan 20 yaşlı Osman Məhmət də 2018-ci ildə atası ilə birlikdə həbs cəzasına məhkum edilib.
Radio Lenger kənd polis mənbələrindən əldə etdiyi məlumata görə, sözügedən kəndin məscidinin imamı olan Məhmət Musa 10 il, oğlu Osman Məhmət isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirilir ki, 2017-ci ildən Şərqi Türküstanda ailədə dini təhsilin verilməsi cinayət sayılır.
Beynəlxalq hesabatlara və bölgədəki mənbələrə görə, bir çox uyğur əvvəllər evlərində islami təhsil verdiyinə görə həbs edilib.