6 Dekabr 2014 12:45
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da qaradərili amerikalıların polis tərəfindən öldürülməsinə etirazların davam etdiyi bir vaxtda Arizona əyalətində daha bir nəfərin polis tərəfindən öldürülməsi xəbəri yayılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, öldürülən qaradərili şəxsin 34 yaşlı Ruma Brisbonu olduğu bildirilir. Uşaqlarına yemək apardığı vaxt baş verən hadisə zamanı Brisbon silahsız olub.

Hadisədən dərhal sonra polis açıqlama verib. Açıqlamada polisin yüksək səsli musiqi dinləməsi səbəbi ilə Brisbonun avtomobilini dayandırdığı və musiqinin səsini almağı tələb etdiyi bildirilir. Saxlanılan an Brisbonun şübhəli hərəkətlər etməsindən sonra polis ondan əllərini qaldırmasını və maşını tərk etməsini istəyib. Maşından düşən şəxs qaçmağa başlayıb. Polis Brisbonun əlini cibinə saldığını və silah çıxara biləcəyini düşünərək, iki dəfə atəş açıb. Nəticədə Brisbon yerindəcə həyatını itirib.

Araşdırmalar zamanı Brisbonun asma xəstəsi olduğu və cibindən dərman çıxartmaq istədiyi bildirilir.
Faktla bağlı şəhər polisində cinayət işi açılıb.

Qeyd edək ki, son günlər irqçiliklə bağlı ABŞ-ın 100-dən çox şəhərində etiraz aksiyaları keçirilir.

Samir


Müəllif:

Oxşar xəbərlər