12 Sentyabr 2022 17:08
1 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya hökuməti ölkənin və onun qonşularının raket əleyhinə müdafiəsini gücləndirmək üçün İsraillə işləmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bunu Berlində İsrail Baş naziri Yair Lapidlə görüşündən sonra Almaniya Kansleri Olaf Şolz deyib.

“Rusiyanın təcavüzü öz müdafiəmiz də daxil olmaqla, yeni dövrün başlanğıcı oldu. Almaniyanın və qonşularımızın təhlükəsizliyinə sərmayə qoymaq üçün 100 milyard avronu əhatə edən xüsusi fond yaratmışam. Eyni zamanda, İsraillə, məsələn, hava hücumundan müdafiə sahəsində əməkdaşlıq etmək istəyirik. İsrailin “Dəmir Künbəz 3” sistemləri ilə bağlı səmərəli təklifləri var”, - kansler bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər