“Əl Qaidə” terror qruplaşmasının əsirliyində saxlanılan amerikalı jurnalist Luke Somers azad edilib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yəmən Müdafiə Nazirliyi açıqlama verib. Yayılan xəbərlərə görə, Somers ölkənin cənubundakı Şebva şəhərinin Nisab mahalında təşkil edilən hərbi əməliyyatla xilas edilib.
Açıqlamada əməliyyta zamanı 10 terrorçunun da öldürüldüyü qeyd edilib.
Xatırladaq ki, Somers Yəmənin paytaxtı Sanada keçən ilin sentyabr ayında qaçırılıb.
Samir