13 Sentyabr 2022 23:57
68 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramzan Kadırov “Axmat” xüsusi təyinatlı qüvvələrinin Ukrayna üçün “sürpriz” hazırladığını və bunu tezliklə həyata keçirəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, Kadırov tezliklə bunu hər kəsin biləcəyini deyib.

“Döyüşçülərimiz Ukraynanın quldur birləşmələri üçün maraqlı sürpriz hazırlayıblar, tezliklə öyrənəcəksiniz. Hələlik kartları açmayacağam”, - Çeçenistan lideri vurğulayıb.

Kadırov çeçen qüvvələrinin bütün addımlarının açıq şəkildə planlaşdırıldığını və bu yöndə heç bir problemin olmadığını söyləyib:

“Çeçen qoşunları cəsarəti, şücaəti, qəhrəmanlığı və müttəfiq qüvvələrlə sıx əməkdaşlığı sayəsində xüsusi hərbi əməliyyat çərçivəsində məsuliyyət daşıdığı ərazilərdə uğurla irəliləyirlər. Əminəm ki, birlikdə düşmənin quldur birləşmələrini tamamilə məğlub edəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər