Qırğızıstan-Tacikistan sərhədində atəşkəs pozulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, Batken bölgəsinin Bulaqbaşı kəndində hər iki tərəfin sərhədçiləri arasında atışma olub. Qırğızıstan sərhədçilərinin taciklərin neytral zonada yeni mövqelər ələ keçirmək cəhdlərinin qarşısını aldıqları bildirilib.
Qırğızıstan sərhədçiləri tacik sərhədçilərindən ərazini tərk etmələrini tələb ediblər, amma qarşı tərəf buna atəşlə cavab verib.
Tacikistan sərhədçilərinin qumbaraatanlardan və müxtəlif çaplı odlu silahlardan istifadə etdikləri iddia olunur.
İlkin məlumata görə, Qırğızıstan tərəfində itki yoxdur. Tacikistan tərəfi də itkisinin olmadığını deyir.