16 Sentyabr 2022 11:47
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ruslar Krivı Roq hidrotexniki qurğularına zərbələr endirməklə Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində uğurlu gedişini pozmağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bu haqda Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

“Rusiya qüvvələri yəqin ki, suyun səviyyəsini yüksəltmək və Xerson vilayətinin şimalındakı Ukrayna körpüsünü partlatmaq üçün İnqulets çayı üzərindəki Ukrayna bəndlərinə zərbələr endirməyə davam edəcək”, - qeyd olunur.

İnstitut bildirir ki, bu, Ukraynanın logistika marşrutlarını Silahlı Qüvvələrin Dnepr üzərindən Rusiya keçidlərini təhdid etdiyi kimi edəcək.

Xatırladaq ki, sentyabrın 14-də Rusiya “Kınjal” və “İsgəndər” qanadlı raketlərlə Krivı Roqun hidrotexniki obyektlərinə hücum edib. Zərbələrdən biri 600 mm-lik su borusuna dəyib və nəticədə böyük qəza baş verib.

Rusiyanın hücumu nəticəsində İnqulets çayının müxtəlif hissələrində suyun səviyyəsi 1 metrdən 2 metrə yaxın qalxıb. Bir neçə rayonun sakinləri təxliyə edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər