Londonun Hitrou hava limanı Britaniya kraliçası II Elizabetin dəfn mərasimi ilə üst-üstə düşən uçuşları ləğv edib.
Teleqraf.com xəbər verir ki, bu, təyyarələrdən gələn səs-küyün monarxın dəfn mərasiminə mane olmaması üçün edilib.
Məlumata görə, 100-dən çox reys ləğv edilib.
Qeyd edək ki, II Elizabetin dəfn mərasimi sentyabrın 19-da Vestminsterdə keçiriləcək.