19 Sentyabr 2022 21:58
1 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sözsüz ki, Pelosinin Ermənistan səfəri və verdiyi açıqlamalara görə, Rusiya hakimiyyətini təmsil edən şəxslər əsəbləşib. Amma Rusiya-Ermənistan münasibətlərinə bu səfər təsir göstərə bilməz. Rusiyanın Ermənistandakı təsir imkanlarını bir-bir sadalasaq görərik ki, Pelosinin səfəri bu amillərə təsir göstərmir. Məsələn, hərbi bazası, Ermənistan sərhədlərini qoruması, iqtisadiyyatın əsas və strateji istiqamətlərinə nəzarət, silah təchizatı, Qarabağ məsələsinə nəzarət və s.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvanda verdiyi açıqlamalarda üstüörtülü şəkildə Rusiyanı “vurması”nın nəticələri haqqında danışarkən deyib.

Əlizadə əlavə edib ki, Nikol Paşinyan Ermənistan hakimiyyətini qoruyub saxlaya bilisə də, digər proseslərə təsir edə bilmir: “Qısacası, bu səfər Rusiyanın Ermənistan üzərində təsirini azalda bilməz. Ancaq aydındır ki, ABŞ Ermənistanı Rusiyadan qoparmaq istəyir”.

Zərdüşt Əlizadə Nensi Pelosinin İrəvanda çıxışı zamanı ermənilərlə farslar arasında baş verən müharibədən nümunə gətirməsini də qiymətləndirib:

“Əslində ABŞ-ın İrandan zəhləsi getdiyini nəzərə alaraq Pelosinin belə addımı İrana təzyiq kimi qiymətləndirilə bilər. İran bunu diqqətə alsa, bu, Ermənistan-İran əlaqələrinə təsir edə bilər. Amma İran yaxşı anlayır ki, Ermənistan ondan çox asılıdır. Hətta ABŞ-dan asılılığı daha azdır, nəinki İrandan. Bu mənada düşünmürəm ki, bu, İran-Ermənistan münasibətlərinə ciddi təsir göstərsin. Yəni Pelosinin fikirləri Ermənistanın İrandan asılılığının təsiri baxımından heç nədir”.


Müəllif: Nemət

Oxşar xəbərlər