“Vaşinqton Kiyevi hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə sövq edir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Vaşinqtonda, Londonda, Brüsseldə birbaşa Kiyevi hərbi əməliyyatları ərazimizə keçirməyə sövq edirlər, daha gizlənmirlər, açıq deyirlər ki, Rusiyanı döyüş meydanında hər vasitə ilə məğlub etmək lazımdır. Ardınca ölkəmizi iqtisadi, siyasi, mədəni cəhətdən talan etmək istəyirlər”, - Rusiya lideri bildirib.
Putin Rusiyanın suverenliyini hədələyən Qərb dövlətlərinə xəbərdarlıq edərək deyib: "Ölkəni müdafiə etmək üçün bütün vasitələrdən istifadə ediləcək, lazım gələrsə, nüvə silahından belə..."