22 Sentyabr 2022 08:00
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-York Baş Prokurorluğu Donald Trampın ştat və federal qanunları pozduğunu açıqlayıb və işi Nyu Yorkun Cənubi Dairə Baş prokuroruna göndərib.

Teleqraf.com xəbər verir ki, məlumata görə, Tramp və onun şirkəti olan “Trump Organization” kreditlər əldə etmək, daha az sığorta haqları ödəmək və az vergi ödəmək üçün aktivlərin dəyərini dəfələrlə və israrla manipulyasiya edib.

Baş prokurorluq fırıldaqçılıq və təhrifin Trampın şəxsi sərvətini milyardlarla dollar şişirtdiyini iddia edir.

“Tramp və onun şirkəti 2014 və 2015-ci illərdə iki mülkünə qorunma servitutları əldə etmək üçün “fırıldaqçılıq və təhrif yolu ilə” qiymətləndirmələr alıblar”, - Baş prokuror Letitia Ceyms deyib.

Prokuror məhkəmədən tələblərini də açıqlayıb:

- Korporativ ölüm cəzası kimi tanınan “Trampın biznes sertifikatlarının ləğvi qərarı,

- Tramp və onun övladlarına hər hansı bir şirkətin idarə heyətində daimi qadağa,

- Trampın Nyu-Yorkda kommersiya daşınmaz əmlakı almasına 5 illik qadağası.

Donald Tramp isə bu ittihamları rədd edir və Ceymsin istintaqını siyasi motivli cadugər ovu kimi qiymətləndirir.

Trampın oğlu və qızı İvanka Tramp yalnız məhkəmənin məcburi ifadə vermə barədə göstərişindən sonra ifadə verəcəklərini söyləyiblər.


Müəllif: Nemət

Oxşar xəbərlər