Ukrayna Prezidenti Vladimir Zelenski türk həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə tvitter hesabında yazıb.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla anlaşmamıza görə, azad edilən beş “Azov” komandiri müharibənin sonuna qədər Türkiyədə rahat şəraitdə olacaq. Onlar ailələri ilə görüşə biləcəklər. Prezident Ərdoğana insanlarımızın azad edilməsi yolundakı öncül roluna görə ürəkdən təşəkkür edirəm”, - Ukrayna lideri bildirib.