Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 77-ci toplantısı çərçivəsində Təhlükəsizlik Şurasının iclasına qatılıb və 90 dəqiqə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Lavrov çıxışı zamanı Ukraynanı ittiham edib, Kiyev rəhbərliyinin mülki nöqtələrə silah yerləşdirdiyini iddia edib.
Lavrov Ukraynanın Donbass bölgəsində müharibə cinayətləri törətdiklərinə dair əllərində çox sayda qeydlərin olduğunu iddia edib və bunun araşdırılmasını istəyib.
Lavrov eyni zamanda bu gün işə salınacaq ilhaq "referendum"larını müdafiə edib:
“Ukrayna beynəlxalq humanitar hüquq normaları baxımından cəzasız qalıb və totalitar dövlətə çevrilib”.
Qeyd olunur ki, Sergey Lavrov çıxışından sonra BMT Təhlükəsizlik Şurasının iclasını birbaşa tərk edib.