Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson İcmalar Palatasındakı çıxışında Ukrayna Prezidenti Vladimir Zelenskiyə əvəzinə, yanlışlıqla onun rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, Conson baş nazir postunu tərk etdikdən sonra ilk dəfə İcmalar Palatasında deputat kimi çıxış edib.
Çıxışında Rusiyanın Ukraynaya hücumlarına toxunan sabiq baş nazir “işğala uğurla müqavimət göstərən Vladimir Putinə ilhamverici liderliyinə” görə təşəkkür ünvanlayıb.
Sözlərindəki yanlışı dərhal anlayan Conson deyib:
“Məni bağışlayın, Vladimir Zelenskiyə təşəkkür edirəm”.