24 Sentyabr 2022 17:02
2 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

11:37

“Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri gün ərzində rus ordusuna məxsus bir təyyarə, bir helikopter və 8 pilotsuz uçuş aparatını məhv edib".

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, Ukrayna raket qoşunları və artilleriyası rus ordusuna məxsus 4 sursat anbarını və 6 nəzarət nöqtəsini vurub.

Məlumata görə, qarşı tərəfin 3 zenit müdafiə mövqeyi, canlı qüvvə və texnikasının 20-dən çox cəmləşdiyi ərazi vurulub.


Müəllif: Nemət