Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada bir sıra yeni təsisatların açılışında iştirak edib.
Teleqraf.com xəbər verir ki, Sakarya Demokratiya Meydanında ictimaiyyət qarşısında çıxış edən Rəcəb Tayyib Ərdoğan Türkiyənin yaxın və uzaq hədəflərindən danışıb.
Sakarya Meydan Savaşının tarixindən danışan dövlət başçısı bildirib ki, Cümhuriyyətin yüzüncü ildönümü münasibətilə daha böyük, strateji əhəmiyyətli təsisatlar istifadəyə veriləcək.
"Rusiya ilə Ukrayna arasında müharibə gedir. Taxılı Qara dənizdən dünyaya paylayan hansı ölkədir? Türkiyənin vasitəçiliyi ilə əsir mübadiləsi oldu. İndi Rusiya da, Ukrayna da, BMT-nin baş katibi də, dünya da bizdən danışır", - deyə Ərdoğan bildirib.
Ərdoğan çıxışında 2023-cü ildə keçiriləcək seçkilərə də geniş yer ayırıb: "Ölkənin, millətin hər məsələsinə diqqətlə yanaşmaq lazımdır".