25 Sentyabr 2022 08:32
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyanın buraxdığı ballistik raket ABŞ və onun regiondakı müttəfiqləri üçün birbaşa təhlükə yaratmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okeanı Komandanlığının Tvitter paylaşımında deyilir.

"Bizim qiymətləndirməmizə görə, bu raket buraxılışı hərbi personal, ABŞ ərazisi və müttəfiqlərimiz üçün təhlükə yaratmır", - deyə paylaşımda bildirilir.

Qeyd olunub ki, Şimali Koreyanın bu cür hərəkətləri "regionda vəziyyəti qeyri-sabitləşdirir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər