Ukrayna Silahlı Qüvvələri 13 yaşayış məntəqəsi ərazisində rus ordusunun hücumlarını dəf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının operativ məlumatında deyilir:
“Son sutka ərzində Müdafiə Qüvvələrinin bölmələri Spornoye, Soledar, Mayorsk, Baxmut, Podqorodnoye, Vyemka, Kurdyumovka, Zaitsevo, Novomikaylovka, Pervomayskoye, Kamenka, Peremoqa və Pavlovka yaşayış məntəqələrində düşmənin hücumlarını dəf edib”.
Həmçinin, Ukrayna Müdafiə Qüvvələrinin təyyarələri qarşı tərəfə 33 zərbə endirib. Düşmənin canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 25 məntəqənin və zenit-raket komplekslərinin 8 mövqeyi vurulub. Hava hücumundan müdafiə bölmələri bir Su-25 təyyarəsini, bir Mi-8 helikopterini və 2 PUA məhv edib.
Cari sutkada raket qoşunları və artilleriya, o cümlədən 6 komanda məntəqəsi, düşmənin canlı qüvvə və texnikasının cəmləşdiyi 12 ərazi, 2 zenit-raket kompleksi, 3 ədəd raket qoşunları və artilleriya qurğusu, 6 sursat anbarı, eləcə də 9 ayrı vacib hədəf vurulub.
“Bu il sentyabrın 24-də Xerson şəhəri daxilindəki sənaye zonasının ərazisində düşmən texnikasının cəmləşdiyi ərazidə növbəti dəqiq zərbə təsdiqlənib”, - məlumatda deyilir.