“Rusiya Prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə edə bilər, lakin hələlik onun bu silahların daşınması və ya belə bir zərbə hazırlanmasına dair heç bir sübut yoxdur”.
Teleqraf.com xəbər verir ki, bu haqda “The New York Times” yazır.
ABŞ administrasiyasının nümayəndələrinin fikrincə, Vladimir Putin Qara dəniz, Şimal Buzlu okean və ya Ukraynada nümayiş partlayışı zamanı nüvə silahından istifadə edə bilər.
Ekspertlər hesab edirlər ki, Qərbin və Moskvanın Çin və Hindistan kimi müttəfiqlərinin reaksiyasını nəzərə alsaq, Rusiya Federasiyası prezidentinin bu barədə qərar verəcəyi ehtimalı azdır. Sonuncular Putinin nüvə silahından istifadə etməsi ilə bağlı ən sərt tənqidlərini səsləndiriblər.
Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin nüvə silahından danışarkən, Rusiya Federasiyasının ərazi bütövlüyünə təhlükə yaranarsa, bütün mümkün vasitələrdən istifadə edəcəyini bildirib.