26 Sentyabr 2022 20:12
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan Baş naziri Viktor Orban Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı macarların fikrini öyrənmək üçün “milli məsləhətləşmələr” keçirmək niyyətində olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, baş nazir Qərbin Rusiyaya qarşı sanksiyalarına etiraz edib.

“Sanksiyalar qeyri-demokratik şəkildə tətbiq olunub. Çünki bu, Brüsseldəki bürokratların qərarı idi və bunun əvəzini Avropa xalqı ödəyir. İnsanların fikirlərini bilməliyik. Avropada, Macarıstanda ilk dəfə olaraq insanların sanksiyalarla bağlı fikrini soruşacağıq. Milli məsləhətləşmələrə start veriləcək, bu məsləhətləşmələr çərçivəsində macar xalqı bunları dəstəkləyib-dəstəkləməmədiyini və yenilərinin tətbiq edilməsinin tərəfdarı olub-olmamadığını bildirəcək”, - Orban qeyd edib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə lokal xarakter daşıyacaqdı, amma Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar ona qlobal miqyas verib. Baş nazir ABŞ və AB-nin Ukraynaya maddi yardım etdiyini, Rusiyanın resurslarının isə tükənməz olduğunu iddia edərək, Avropanı uzunmüddətli müharibəyə hazırlaşmağa çağırıb. Orban əlavə edib ki, müharibənin davamına və dərinləşməsinə qəti şəkildə qarşıdır və təcili sülh danışıqları və atəşkəs tələb edir.

Orban həmçinin Rusiyaya qarşı sanksiyaların ləğvini Avropa iqtisadiyyatının bərpası üçün “şərt” adlandırıb: “Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ləğv edilsə, Avropa iqtisadiyyatı öz gücünü bərpa edə biləcək”.

Onun sözlərinə görə, fevral ayından bəri Rusiya yüksək enerji qiymətlərindən sərfəli şəkildə faydalanıb və onun fikrincə, sanksiyalar əks effekt verib: avropalılar kasıblaşıb, Rusiya isə zənginləşib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər