Hədəfimiz Rusiya və Ukrayna liderlərini görüşdürməkdir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Hədəfimiz Rusiya və Ukrayna liderlərini ən qısa vaxtda bir araya gətirərək müharibəni dayandırmaqdır. Türkiyənin səylərinə verdikləri dəstəyə görə cənab Putinə və Zelenskiyə minnətdaram. Bizdən fərqli olaraq, qonşumuz Yunanıstan isə təxribatçılıq edir”, - Ərdoğan qeyd edib.