“Avropa İttifaqının Rusiyadan gələn enerji resurslarına qarşı sanksiyalar tətbiq etməsi axmaq qərardır çünki bu, qitə ölkələrinin özlərini yoxsulluğa məhkum edir”.
Teleqraf.com xəbər verir ki, bunu Fransa Xalq Cəbhəsi Partiyasının lideri Marin Le Pen deyib.
“Biz çox sadə və anlaşılan səbəbdən enerji sanksiyalarına qarşıyıq. Bu sanksiyalar yalnız Rusiyanı gücləndirir və Avropa ölkələrinə proqramlaşdırılmış yoxsulluq gətirir. Hesab edirik ki, bu axmaq və əks təsir göstərən qərar ləğv edilməlidir”, - Le Pen bildirib.