30 Sentyabr 2022 01:14
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya nüvə silahından istifadə edəcəyi təqdirdə Şimali Atlantika Alyansı (NATO) Ukraynadakı müharibə əməliyyatlarına qoşula bilər”.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib.

Polşa Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Rusiya Federasiyası Ukrayna ərazisinə atom bombası atarsa, bu, Təhlükəsizlik Şurası üzvlərinin konsensusunu pozacaq. Bu da NATO-nu Ukrayna müharibəsinə müdaxilə etməyə məcbur edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər