30 Sentyabr 2022 21:40
2 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Dədəağac limanından istifadə edəcək NATO ölkələrinə İspaniyanın da qoşulacağı iddia edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Məlumatda hazırda Dədəağac limanının ABŞ, İngiltərə və İtaliya Silahlı Qüvvələri tərəfindən hərbi texnikaların daşınması üçün istifadə edildiyinə diqqət çəkilərək, İspaniyanın da buradan istifadə edəcəyi bildirilib.

İddiaya görə, limandan NATO planları çərçivəsində Rusiya sərhədləri yaxınlığına hərbi texnika daşınacaq. Bu səbəbdən İspaniya Silahlı Qüvvələrinin rəsmilərinin Dədəağacda təmaslar keçirdiyi, liman idarəsinin rəisi Kostas Hacmixaillə görüşdüyü deyilib.

“NATO müttəfiqi ölkələrin silahlı qüvvələri ilə əməkdaşlığımız artır və liman beynəlxalq aləmdə mühüm hərbi logistika mərkəzlərindən birinə çevrilir”, - liman rəisi görüşdən sonra deyib.

Türkiyə yaxınlığında yerləşən Dədəağacla bağlı müzakirələri alovlandıracaq xəbəri bundan əvvəl “Katmerini” qəzeti yayıb. Nəşr sözügedən limanın genişləndirilməsi ilə bağlı təklifin edildiyi və bunun Türkiyə boğazlarına alternativ ola biləcəyi iddia edilib.

Yunanıstan mətbuatı uzun müddətdir ABŞ-ın Dədəağcda hərbi baza qurduğunu da yazır. Amerika və Yunanıstanın bu həmləsi Türkiyənin etirazlarına səbəb olub və təxribatçı fəaliyyət kimi qiymətləndirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər