1 Oktyabr 2022 19:41
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada “Uolkin” kimi tanınan rep ulduzu İvan Vitaliyeviç Petunin Rusiya prezidenti Putinin səfərbərlik qərarına üsyan etdiyi videonu çəkərək intihar edib.

Teleqraf.com xəbər verir ki, reperin Rusiyanın cənubundakı Krasnodar şəhərində intihar etdiyi güman olunur.

27 yaşlı İvan Petun bu yaxınlarda “Telegram” kanalına bir video yükləyib. Əvvəllər Rusiya ordusunda xidmət edən və ruhi xəstəxanada müalicə alan Uolki yayımladığı videoda pərəstişkarlarına belə deyib: “Əgər bu videoya baxırsınızsa, mən artıq həyatda deyiləm. Cinayətin günahını ruhuma götürə bilmirəm və götürmək də istəmirəm. Heç bir ideal uğrunda öldürməyə hazır deyiləm”.

Qeyd edək ki, Vladimir Putinin Donetsk, Luqansk, Zaporojya və Xersonu ilhaq etdiyini elan etməsinə dünyanın hər yerindən reaksiyalar gəlsə də, Putinin qismən səfərbərlik qərarından danışmağa davam edir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər